"Bank BTB”nin istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 25 aprel, 2025
  • 17:55
Bank BTB”nin istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Mayın 12-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Bank BTB” ASC-nin 3 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı, subordinasiya istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

İstiqrazlar 84 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Assist Finance İnvestisiya Şirikəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur.

44 - Tezliklə