“Bank BTB” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat ayırıb

Maliyyə
  • 23 mart, 2020
  • 14:07
“Bank BTB” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat ayırıb

“Bank BTB” korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

“Report” xəbər verir ki, “Bank BTB” ölkə başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat vəsait köçürüb.

Qeyd edək ki, qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün yaradılan fondun vəsaiti Azərbaycan dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Hər zaman sosial məsuliyyəti özündə hiss edən "Bank BTB" çətin günlərdə də ölkə vətəndaşlarını koronavirus infeksiyasına qarşı preventiv addımlar atılmasına və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.