Bakıda fintex forumu keçirilir
- 09 oktyabr, 2025
- 09:48

Bu gün Bakıda "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin (AzFina) təşkilatçılığı, Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin dəstəyi ilə fintex forumu ("Baku Fintech Forum 2025") keçirilir.
"Report" xəbər verir ki, tədbirdə beynəlxalq maliyyə institutlarının, fintexlərin, bankların və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak edir.
Forumda yerli və beynəlxalq ekspertlər son illər fintex sektorunda baş verən yeniliklər ətrafında müzakirələr aparacaq, öz proqnozlarını bölüşəcək və onun maliyyə sektorundakı təsirləri haqqında fikir mübadiləsi aparacaqlar.
Tədbir çərçivəsində açıq bankçılıq, rəqəmsal ödənişlər, süni intellekt, fırıldaqçılıqla mübarizə, kibertəhlükəsizlik kimi müxtəlif mövzular ətrafında panel müzakirələri olacaq, həmçinin tərəfdaşlıq sənədləri imzalanacaq.