Bakı Metropoliteninin inzibati binalarının təmizlənməsi 170 min manata başa gələcək

Maliyyə
  • 22 yanvar, 2018
  • 09:00
Bakı Metropoliteninin inzibati binalarının təmizlənməsi 170 min manata başa gələcək

Bakı. 22 yanvar. REPORT.AZ/ “Bakı Metropoliteni” QSC bu il inzibati binalarında təmizlik işləri ilə bağlı xidmətin göstərilməsi bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.

“Report” xəbər verir ki, qalib “Master Clean” MMC olub.

2009-cu ildən Gəncədə fəaliyyət göstərən bu şirkətə görəcəyi işlər üçün 169 446 manat ödəniləcək.