“Bakı Metropoliteni” 2 milyon manatlıq tenderə yekun vurub

Maliyyə
  • 14 may, 2020
  • 06:21
“Bakı Metropoliteni” 2 milyon manatlıq tenderə yekun vurub

“Bakı Metropoliteni” QSC avtomobil, maşın və mexanizmlər üçün ehtiyat hissələrinin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Araz Motors” MMC-dir.

Qalib şirkətə 2,331 milyon manat ödəniləcək.