"Bakı Metropoliteni" 2,4 mln manatlıq tenderə yekun vurub

Maliyyə
  • 12 fevral, 2022
  • 05:26
Bakı Metropoliteni 2,4 mln manatlıq tenderə yekun vurub

"Bakı Metropoliteni" QSC yük, minik avtomobilləri, xüsusi texnikaları və təsərrüfat qatarları üçün ehtiyat hissələrinin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Araz Motors” MMC-dir.

Qalib şirkətə 2 milyon 398,7 min manat ödəniləcək.