Bakı Fond Birjasında investisiya şirkətləri arasında görüş keçirilib

Maliyyə
  • 31 mart, 2017
  • 06:24
Bakı Fond Birjasında investisiya şirkətləri arasında görüş keçirilib

Bakı. 31 mart. REPORT.AZ/ "Metak" MMC Listinq Məsləhət Proqramı (LAP) çərçivəsində ilk görüşünü Bakı Fond Birjasında birja üzvü olan investisiya şirkətləri ilə keçirib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, görüş zamanı "Metak"ın cari fəaliyyəti və gələcək biznes planları haqqında geniş təqdimat olub.

Görüşdə "İnvest-Az", "AzFinans İnvest", "PSG Kapital", "Kapital Menecment", "PAŞA Kapital" və "Unikapital"ın nümayəndələri ilə "Metak" MMC-nin heyəti arasında şirkətin kapital bazarlarından maliyyələşmə imkanları, onların dəyərləndirilməsi, optimal alətlərin seçilməsi, investorlar üçün təklifin hazırlanması və s. bu istiqamətdə atılacaq mümkün addımlar interaktiv formada müzakirə edilib.

Xatırladırıq ki, "Metak" MMC BFB-nin təşkil etdiyi Azərbaycan kapital bazarlarından maliyyələşmənin təşviqi və bu istiqamətdə şirkətlərə dəstək göstərilməsinə yönəlmiş Listinq Məsləhət Proqramına qoşulub.