"Access Bank"ın istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib
- 28 iyun, 2024
- 09:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də növbəti “Açılış Zəngi” tədbiri "Access Bank" QSC-nin manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə təşkil edilib.
Belə ki, "Access Bank" kapital bazarında yerli valyutada yeni maliyyə alətlərinin buraxılışını həyata keçirir. 28 iyun 2024-cü il tarixində baş tutan "Açılış zəngi" tədbiri ilə bankın 5 milyon manatlıq istiqrazlarının yerləşdirilməsinə başlanıldı.
İstiqrazların hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 10 %, ödəniş dövrü 90 gündən bir, tədavül müddəti 18 aydır. Sənədsiz, adlı, istiqraz faizli, təmin edilməmiş istiqrazların yerləşdirilməsi üzrə anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir.
Tədbirin sonunda emitent – "Access Bank", BFB və "ABB-İnvest"in nümayəndələri istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəngi çalıb. Beləliklə, istiqrazların ticarətinə başlanılıb.
"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank" Azərbaycan Mərkəzinın verdiyi 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.