“Bakı Fond Birjası”nın rəhbərliyinə təyinat olub
Maliyyə
- 28 mart, 2019
- 08:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bakı Fond Birjası” QSC-yə (BFB) əməliyyat və informasiya texnologiyaları üzrə direktor təyin edilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, söhbət Eldar Faiq oğlu Abdullayevdən gedir.
O, 4 fevral 1972-ci ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinı fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildən Azərbaycan Dövlət Neft Akademiyasında MBA proqramı üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə “Bakı Banklararası Valyuta Birjası” QSC-də Qiymətli kağızlar Departamentinin direktoru vəzifəsində başlayıb. Müxtəlif kommersiya banklarında İdarə Heyətinin üzvü vəzifəsində işləyib.
2017-ci ildən isə “Günay Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Son xəbərlər
03:08
Yüksək təzyiqə qarşı inqilabi kəşf
Sağlamlıq
02:52
Video
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region
02:20
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
Futbol
02:05
Video
ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
Digər ölkələr
01:59
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr