"Bakı Fond Birjası"nın dövriyyəsi 75% artıb
Maliyyə
- 07 iyul, 2021
- 08:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 8 303,1 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,5 dəfə artaraq 5 460 olub.
BFB-nin dövriyyəsinin 62,2%-i, yaxud 5 168,5 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 74,4% çoxdur.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 5 dəfə azalaraq 203,65 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,9 dəfə artaraq 2 930,9 milyon manat olub.
Son xəbərlər
13:29
Azərbaycanda vergi və gömrük sahəsində yeni güzəşt və azadolmalar müəyyənləşib
Maliyyə
13:24
Səbail rayonunda su təminatı bərpa edilib
İnfrastruktur
13:23
Azərbaycanda vahid büdcə təsnifatı yenilənib
Maliyyə
13:16
Foto
Azərbaycan OIV ilə üzümçülük və şərabçılıq sahəsində əməkdaşlığı müzakirə edib
ASK
13:14
Foto
ADY kollektivi peşə bayramı münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
İnfrastruktur
13:04
Azərbaycanda nəqliyyat və anbar xidmətlərinin ümumi dəyəri 10 % artıb
İnfrastruktur
13:04
"Borussiya" baş məşqçisi Niko Kovaçla müqavilənin müddətini uzadıb
Futbol
13:04
Talantbek Omuraliyev: "Türk dövlətlərinin vahid rəqəmsal cüzdanının yaradılması vacibdir"
Maliyyə
13:00
Bakıda 92 nömrəli marşrutun bütün avtobusları yenilənir
İnfrastruktur