"Bakı Fintex Forumu 2025" keçiriləcək
- 19 sentyabr, 2025
- 16:24

Oktyabrın 9-da "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin (AzFina) təşkilatçılığı, Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin tərəfdaşlığı ilə "Bakı Fintex Forumu 2025" keçiriləcək.
"Report" xəbər verir ki, "Baku Marriott Hotel Boulevard"da keçiriləcək Foruma dünyanın bir çox ölkəsindən qonaqlar dəvət olunub.
Tədbirdə beynəlxalq maliyyə institutlarının, fintexlərin, bankların və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak edəcək.
Yerli və beynəlxalq ekspertlər fintex sektorunda son illər həyata keçirilən yeniliklər ətrafında müzakirələr aparacaq.
Tədbir iştirakçıları fintex sektoru üzrə öz proqnozlarını bölüşəcək və onun maliyyə sektorundakı təsirləri haqqında fikir mübadiləsi aparacaqlar.
Tədbir çərçivəsində açıq bankçılıq, rəqəmsal ödənişlər, süni intellekt, fırıldaqçılıqla mübarizə, kibertəhlükəsizlik kimi müxtəlif mövzular ətrafında panel müzakirələri aparılacaq.
Forumda iştirak etmək istəyənlər tədbirin rəsmi saytından bilet əldə edə bilərlər.