"Baker Tilly Audit Azərbaycan"ın xalis mənfəəti 28 % azalıb

Maliyyə
  • 06 iyul, 2026
  • 17:41
Baker Tilly Audit Azərbaycanın xalis mənfəəti 28 % azalıb

"Baker Tilly Audit Azərbaycan" QSC 2025-ci ili 884 min manat xalis mənfəətlə başa vurub.

"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 28 % azdır.

Ötən il "Baker Tilly Audit Azərbaycan"ın əsas əməliyyat gəlirləri 8,604 milyon manat (+2,1 %), digər gəlirləri 19 min manat (-5,2 dəfə) təşkil edib. Şirkətin əsas əməliyyat xərcləri 5,357 milyon manat (+7,1 %), ümumi və inzibati xərcləri 2,106 milyon manat (+2,4 %), mənfəət vergisi ödəmələri 270 miin manat (+13,4 %), gəlirdən çıxılan vergilər üzrə xərci isə 6 min manat (-1,8 %) olub.

Bu il yanvarın 1-nə "Baker Tilly Audit Azərbaycan"ın aktivləri 2,797 milyon manat olub ki, bu da, illik müqayisədə 22,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 54,9 % artaraq 883 min manata, balans kapitalı 11,6 % artaraq 1,914 milyon manata çatıb.

Xatırladaq ki, "Baker Tilly Audit Azərbaycan" 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 min manatdır.

44 - Tezliklə