"Azmikroinvest" BOKT-un öhdəlikləri 5 dəfədən çox artıb
- 24 may, 2025
- 09:48
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azmikroinvest" MMC bank olmayan kredit təşkilatı (BOKT) 24-cü ili 220 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2023-cü ildən 32 min manat xalis zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il "Azmikroinvest"in vergiyəqədərki mənfəəti 275 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 55 min manat (əvvəlki il qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə "Azmikroinvest"in aktivləri 2,196 milyon manat olub ki, bu da illik müqayisədə 72,9 % çoxdur. Bunun 2,066 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 82,2 % böyüyüb.
Hesabat dövründə "Azmikroinvest"in öhdəlikləri 5,4 dəfə artaraq 338 min manata, balans kapitalı isə 54 % artaraq 1,859 milyon manata, o cümlədən nizamnamə kapitalı 32,3 % artaraq 1,639 milyon manata düşüb.
Xatırladaq ki, "Azmikroinvest" 2014-cü ildə yaradılıb. Onun yeganə təsisçisi Aysel Quliyevadır.