“Azkredit” BOKT-un istiqrazlarına 1 investor maraq göstərib
- 26 yanvar, 2023
- 09:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “Azkredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) 500 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd istiqraz çıxarılıb.
Qiymətli kağızlar standart bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 1 investor nominal dəyərlə, ümumi məbləği isə 500 min manat olan 1 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 8%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "InvestAZ İnvestisiya Şirkəti" QSC-dir.