“Azkredit” BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 24 yanvar, 2023
- 14:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Yanvarın 26-da "Bakı Fond Birjası" QSC-də (BFB) “Azkredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) 500 min manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 8 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "InvestAZ İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.