“Azkredit” BOKT ötən ili mənfəətlə başa vurub
- 30 iyun, 2022
- 07:42
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azkredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 1,331 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2020-ci ildən 40 min manat zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Azkredit”in vergiyəqədərki mənfəəti 1,663 milyon manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 333 min manat (əvvəlki il veri ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə “Azkredit”in aktivləri 1,979 milyon manat olub ki, bu da illik müqayisədə 85,3 % çoxdur. Bunun 130 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. BOKT-un kredit portfeli 2021-ci ildə formalaşıb.
Hesabat dövründə “Azkredit”in öhdəlikləri 72,9 % artaraq 389 min manata, balans kapitalı isə 89 % artaraq 1,591 milyon manata çatıb.
Xatırladaq ki, “Azkredit” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un səhmdarı 100 % Qurban Əsgərovdur.