“Azkredit” BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 02 iyun, 2025
  • 13:44
“Azkredit” BOKT maliyyə vəziyyətini açıqlayıb

“Azkredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 1,148 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 11,7 % çoxdur.

Ötən il “Azkredit”in vergiyəqədərki mənfəəti 1,364 milyon manat (əvvəlki ilə nisbətən 6,1 % çox), mənfəət vergisi ödəmələri isə 216 min manat (16 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azkredit”in aktivləri 3,198 milyon manat olub ki, bu da illik müqayisədə 55 % çoxdur. Bunun 2,377 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 27,3 % böyüyüb.

Hesabat dövründə “Azkredit”in öhdəlikləri 1,4 % azalaraq 829 min manata düşüb, balans kapitalı isə 93,9 % artaraq 2,369 milyon manata çatıb.

Xatırladaq ki, “Azkredit” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un səhmdarı 100 % Qurban Əsgərovdur.