“Azinvestkredit” BOKT ötən ili zərərlə başa vurub

Maliyyə
  • 02 iyun, 2025
  • 14:36
“Azinvestkredit” BOKT ötən ili zərərlə başa vurub

“Azinvestkredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 7 min manat zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-ci illə müqayisədə demək olar ki, eynidir.

Bu il yanvarın 1-nə “Azinvestkredit”in aktivləri 497 min manat olub ki, bu da illik müqayisədə 64 % çoxdur. Bunun 303 min manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 7,1 % böyüyüb.

Hesabat dövründə “Azinvestkredit”in öhdəlikləri demək olar ki, dəyişməyərək 2 min manat, balans kapitalı isə 64,1 % artaraq 494 min manat, o cümlədən nizamnamə kapitalı 65,1 % artaraq 507 min manat olub.

Xatırladaq ki, “Azinvestkredit” 2013-cü ildə yaradılıb. BOKT-un təsisçiləri hər biri 50% payla Əkbər İsmayılov və Tamara İsmayılovadır.