"Azfinans" BOKT ötən ili zərərlə başa vurub

Maliyyə
  • 02 iyun, 2025
  • 14:24
Azfinans BOKT ötən ili zərərlə başa vurub

"Azfinans" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 39 min manat zərərlə başa vurub. Halbuki, BOKT 2023-cü ildən 2 min manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, bu il yanvarın 1-nə "AzFinans"ın aktivləri 316 min manat olub ki, bu da illik müqayisədə 18,8 % azdır. Bunun 314 min manat müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 15,8 % kiçilib.

Hesabat dövründə "Azfinans"ın öhdəlikləri 40,9 % azalaraq 52 min manata, balans kapitalı isə 12,3 % azalaraq 264 min manata düşüb.

Xatırladaq ki, "Azfinans" BOKT 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.