"Azərsu" qiymətləndirici seçib

Maliyyə
  • 28 aprel, 2022
  • 08:33
Azərsu qiymətləndirici seçib

"Azərsu" ASC Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq 2021-ci il ərzində əvəzsiz alınmış əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və 2021-ci il dekabrın 31-i tarixinə əsas vəsaitlərin qiymətdəndüşməyə testləşdirilməsi xidmətləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC-dir.

Qalib şirkətə 28 min manat ödəniləcək.