"Azəristiliktəchizat"a büdcədən ayırmalar 13 % artırılır

Maliyyə
  • 01 noyabr, 2023
  • 16:40
Azəristiliktəchizata büdcədən ayırmalar 13 % artırılır

2024-cü ildə Azərbaycanda göstərilən xidmətlərə görə satış tarifinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün “Azəristiliktəchizat” ASC-yə dövlət büdcəsindən 46,5 milyon manat ayrılması nəzərdə tutulur.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,4 % çoxdur.