“Azərişığ”a dövlət büdcəsindən ayrılan vəsait 4 dəfə artırılıb

Maliyyə
  • 03 iyul, 2017
  • 15:25
“Azərişığ”a dövlət büdcəsindən ayrılan vəsait 4 dəfə artırılıb

Bakı. 3 iyul. REPORT.AZ/ "Azərişıq" ASC üzrə “Paylayıcı Şəbəkələrin Yenidən Qurulması İnvestisiya Proqramı - Layihə 1"də Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi məqsədi ilə 59 mln. manat nəzərdə tutulub. 

“Report” bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişikliklər edilməsi barədə layihəyə Palatanın verdiyi rəyinə istinadən bildirir.

Qeyd edək ki, bu, təsdiq edilmiş göstəricidən 44 mln. manat və ya 3,9 dəfə, 2016-cı ilin faktiki icra göstəricisindən 37,1 mln. manat və ya 2,7 dəfə çoxdur.

Xatırladaq ki, "Paylayıcı Şəbəkələrin Yenidən Qurulması İnvestisiya Proqramı" Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdirilir.

44 - Tezliklə