“Azəri Star Mikromaliyyə” BOKT-un zərəri 43 % azalıb

Maliyyə
  • 16 may, 2025
  • 15:09
“Azəri Star Mikromaliyyə” BOKT-un zərəri 43 % azalıb

“Azəri Star Mikromaliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 24 min manat zərərlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 42,9 % azdır.

Bu il yanvarın 1-nə “Azəri Star Mikromaliyyə”nin aktivləri 355 min manat olub ki, bu da illik müqayisədə 27,2 % çoxdur. Bunun 318 min manatı müştərilərə verilmiş kreditdir. 2024-cü ildə BOKT-un kredit portfeli 25,2 % böyüyüb.

Hesabat dövründə "Azəri Star Mikromaliyyə”nin öhdəlikləri dəyişməyərək 15 min manat, balans kapitalı isə 28,9 % artaraq 339 min manat, o cümlədən nizamnamə kapitalı 32,8 % artaraq 405 min manat olub.

Xatırladaq ki, "Azəri Star Mikromaliyyə” 2003-cü ildə yaradılıb.