Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfəyə yaxın azalıb

Biznes
  • 15 sentyabr, 2025
  • 16:27
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfəyə yaxın azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 32 milyard 118 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,6 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 17 milyard 65 milyon ABŞ dolları ixracın, 15 milyard 53 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,4 % azalıb, idxal isə 17,9 % artıb.

Son nəticədə xarici ticarətdə 2 milyard 13 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,7 dəfə azdır. 

Son xəbərlər

Bütün Xəbər Lenti