Azərbaycanın sığorta və təkrarsığorta brokerinin aktivləri 20% azalıb

Maliyyə
  • 28 mart, 2017
  • 11:44
Azərbaycanın sığorta və təkrarsığorta brokerinin aktivləri 20% azalıb

Bakı. 28 mart. REPORT.AZ/ “Societe de courtage” MMC sığorta və təkrarsığorta brokerinin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 2,684 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 20,3% azdır.

Ötən il “Societe de courtage”in uzunmüddətli aktivləri 14,3% azalaraq 26,5 min manat, qısamüddətli aktivləri isə 20,4% azalaraq 2,657 mln. manat olub.

Hesabat dövründə şirkət cəmi öhdəliklərini 22,8% azaldaraq 2,307 mln. manata, o cümlədən uzunmüddətli öhdəliklərini 22,3% azaldaraq 2,305 mln. manata, qısamüddətli öhdəliklərini isə 16,6 dəfə azaldaraq 1,4 min manata endirib.

Ötən il “Societe de courtage”in cəmi kapitalı isə 0,9% azalaraq 377 min manata düşüb.

Təhlil olunan dövr ərzində sığorta və təkrarsığorta brokerinin cəmi gəlirləri 313,5 min manat, cəmi xərcləri 314,3 min manat təşkil edib. Son nəticədə, Şirkət 0,8 min manat məbləğində maliyyə zərərinə uğrayıb. Bununla belə, “Societe de Courtage” 2,7 min manat mənfəət vergisi ödəyib və 2016-cı ili 3,5 min manat xalis zərərlə başa vurub.

Xatırladaq ki, “Societe de Courtage” 2006-cı ildən Azərbaycanda fəaliyyət göstərir, Fransa kapitallı şirkətdir. Onun nizamnamə kapitalı 155,8 min manatdır (o vaxtın məzənnəsi ilə 170 min ABŞ dolları).

44 filmi