Azərbaycanın sığorta və təkrarsığorta brokeri xalis mənfəətini 29% artırıb
- 28 mart, 2019
- 12:07
Yeniliklərdən dərhal xəbərdar olun!
“Marş Sığorta və Təkrarsığorta üzrə Broker” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 8,492 mln. manat təşkil edib.
“Report” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 10,3% çoxdur.
2018-ci ildə “Marş Sığorta və Təkrarsığorta üzrə Broker”in cəmi öhdəlikləri 15,1% artaraq 7,099 mln. manata çatıb, cəmi kapitalı isə 8,8% azalaraq 1,393 mln. manata düşüb.
Ötən il şirkətin cəmi gəlirləri 1,714 mln. manat (əvvəlki ilə nisbətən 7,1% çox), cəmi xərcləri 864 min manat (8,2% az) təşkil edib. Son nəticədə maliyyə qurumunun maliyyə mənfəəti 850 min manat olub ki, bu da illik müqayisədə 29% çoxdur.
2018-ci ildə “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” 2017-ci ilə nisbətən 27,8% çox – 170 min manat mənfəət vergisi ödəyib və ötən ili 680 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 29,3% çoxdur.
Xatırladaq ki, “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” 2002-ci ildə “Marş Caspian Services” adı ilə yaradılıb, 2005-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 10 min manatdır. Şirkət ABŞ-ın Nyu-York birjasında fəaliyyət göstərən “Marsh & McLennan” şirkətinin törəməsidir.