Azərbaycanın sığorta sektorunda qiymətləndirmə işləri aparılacaq

Maliyyə
  • 31 yanvar, 2020
  • 07:43
Azərbaycanın sığorta sektorunda qiymətləndirmə işləri aparılacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilə birlikdə sığorta sektorunda qiymətləndirmə işləri aparacaq.

“Report” xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.

“Əsas məqsəd sığorta sektorundakı boşluqları doldurmaq, sığorta bazarını daha da inkişaf etdirməkdir”, - o deyib.