Azərbaycanın sığorta bazarı 13 %-ə yaxın böyüyüb
Maliyyə
- 28 avqust, 2025
- 11:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 937,658 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,5 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 529,307 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 20,7 % çoxdur.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,6 manat olub.
Son xəbərlər
10:15
Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatında BƏƏ ilə üz-üzə gələcək
Futbol
10:13
Azərbaycan klubları avrokuboklar tarixində yeni qələbə rekordu müəyyənləşdirib
Futbol
10:10
Bakıda IIl Milli Rəqabət Forumu keçirilir
Biznes
10:05
Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib
Biznes
09:59
Bakı Limanında konteyner daşımaları 30 % artıb
İnfrastruktur
09:58
Foto
Kiyev sakinləri Rusiya ordusunun hücumlarından müdafiə üçün gecəni metroda keçiriblər
Digər ölkələr
09:54
Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb
Digər ölkələr
09:50
Foto
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Sağlamlıq
09:48
Hindistanda qayığın aşması nəticəsində 13 nəfər ölüb
Digər ölkələr