Azərbaycanın quşçuluq müəssisəsi yeni şirkət yaradır
- 20 aprel, 2024
- 05:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Mayın 21-də, saat 15:00-da “Səba” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Səba"nın tək təsisçiliyi ilə təşkilati-hüquqi forması MMC olan yeni hüquqi şəxsin yaradılması, hüquqi şəxsin təsis edilməsi, onun hüquqi ünvanının müəyyən edilməsi haqqında, hüquqi şəxsin nizamnamə kapitalının, o cümlədən nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin (nizamnamə kapitalındakı payın) dəyərinin təsdiq edilməsi, hüquqi şxəsin nizamnaməsinin təsdiq edilməsi, hüjquqi şəxsin icra orqanı, dövlət qeydiyyatına alınması məsələləri daxildir.
Xatırladaq ki, "Səba" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3 %-i Hidayət Quliyevə, yenə də 37,3 %-i "Baku Investment Company" MMC-yə, 25 %-i İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə, 0,4 %-i isə digər 11 fiziki şəxsə məxsusdur.