Azərbaycanın qeyri-neft məhsulları ixracatçısı olan TOP-10 dövlət şirkəti açıqlanıb

Maliyyə
  • 01 noyabr, 2025
  • 10:32
Azərbaycanın qeyri-neft məhsulları ixracatçısı olan TOP-10 dövlət şirkəti açıqlanıb

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 10 dövlət şirkəti tərəfindən ixrac edilmiş qeyri-neft məhsullarının ümumi dəyəri ötən ilin eyni dövrü (743,447 milyon ABŞ dolları) ilə müqayisədə 107,233 milyon ABŞ dolları və ya 14,42 % artaraq 850,68 milyon ABŞ dolları təşkil edib.

"Report"un İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 35,59 % payla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edib.

Dövlət şirkətlərinin ixrac həcminə görə reytinqi:

Şirkət

2025-ci ilin yanvar-sentyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə)

2024-cü il yanvar-sentyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə)

Faiz fərqi

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi

302,8

309,8

-2,26 %

"SOCAR Polymer" MMC

207

192,9

7,31 %

"AzerGold" QSC

165,6

90

84 %

"Azəralüminium" MMC

92,2

107,1

-13,91 %

SOCAR-ın Qaz İxrac İdarəsi

47,1

0

-

"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC

30,3

42,6

-28,87 %

"SOCAR-Dalğıc" MMC

1,9

0

-

"İstisu Mineral Su Zavodu" MMC

1,6

0

-

"Azərbaycan Dəmir Yolları" QSC

1,5

0,266

463,91 %

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti

0,68

0,781

-

Son xəbərlər

Bütün Xəbər Lenti