Azərbaycanın prosessinq mərkəzi nizamnamə kapitalını azaldıb
- 18 dekabr, 2024
- 13:59
Yeniliklərdən dərhal xəbərdar olun!
"Millikart" MMC prosessinq mərkəzi nizamnamə kapitalını təxminən 4 dəfə azaldaraq 6 milyon manatdan 1,488 milyon manata endirib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 5A ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Millikart"ı 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı yaradıb, sonradan banklara satıb. Hazırda onun nizamnamə kapitalı 6 milyon manatdır. Prosessinq mərkəzinin təsisçiləri fəaliyyətdə olan "Azərbaycan Sənaye Bankı", "Bank Respublika", "Unibank", "Azər-Türk Bank", "Rabitəbank", "Turan Bank", "Bank of Baku" və "Xalq Bank" ASC-lər, "Access Bank" QSC, ləğv prosesində olan "AtaBank", "Amrah Bank", "Dəmir Bank", "Kredo Bank", "Texnika Bank" və "Zamin Bank" ASC-lər, "Bank Standard" QSC, eləcə də "Para" ASC bank olmayan kredit təşkilatı (BOKT) və “Urbis Holding İnc.” şirkətidir.