Azərbaycanın özəl banklarının kredit qoyuluşu 17 %-dən çox artıb
- 26 fevral, 2022
- 06:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il fevralın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 17 milyard 242,1 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1 ilə müqayisədə 0,7 %, ötən ilin fevralın 1-nə nisbətən 18,2 % çoxdur.
Kredit qoyuluşunun 13 milyard 386,5 milyon manatı və yaxud 77,6 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 17,2 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 3 milyard 394,9 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 21,7 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 19,1 %-dən 19,7 %-ə qalxıb.
Bu il yanvar ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 460,7 milyon manat olub. Bu isə illik müqayisədə 23,4 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,6 %-dən 2,7 %-ə yüksəlib.