Azərbaycanın nəqliyyat xidmətləri balansında 9 ayda 1,3 milyard dollar profisit olub

Maliyyə
  • 15 dekabr, 2025
  • 12:05
Azərbaycanın nəqliyyat xidmətləri balansında 9 ayda 1,3 milyard dollar profisit olub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın nəqliyyat xidmətləri balansı təxminən 1,3 milyard ABŞ dolları profisit nümayiş etdirib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50 % çoxdur: "Burada əsas pay neft və qaz tranziti gəlirləri nəzərdə tutulur. Həmçinin sərnişindaşıma və yük daşıma xidmətləri də öz mövqeyini qoruyur".

Hesabat dövründə qarşılıqlı xidmətlər dövriyyəsinin 28,2 %-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşüb. Ümumi dəyəri 4 milyard ABŞ dolları olan nəqliyyat xidmətlərinin 66,3 %-i tədiyyə balansı hesabatı

qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.

Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2,6 milyard ABŞ dolları, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1,4 milyard ABŞ dolları təşkil edib.

Son 1 ildə qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 22,9 % artıb, idxalı isə 7,4 % azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti