Azərbaycanın lombard şirkətinin xalis mənfəəti 5 % azalıb

Maliyyə
  • 08 iyun, 2024
  • 12:01
Azərbaycanın lombard şirkətinin xalis mənfəəti 5 % azalıb

Azərbaycanda daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) "GL" ASC ötən ili 2,876 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 4,5 % azdır.

Ötən il "GL"in vergiyəqədərki mənfəəti 3,649 milyon manat (illik müaayisədə 4,2 % az), mənfəət vergisi ödəmələri isə 773 min manat (2,6 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "GL"in aktivləri 44,673 milyon manat olub ki, bu da, illik müqayisədə 10 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 10,4 % artaraq 42,338 milyon manata, balans kapitalı 3,4 % artaraq 2,335 milyon manata, nizamnamə kapitalı isə 63,8 dəfə artaraq 255 min manata çatıb.

Xatırladaq ki, "GL" 2016-cı ildə yaradılıb. Şirkətin səhmləri 100 % Eldar Quliyevə məxsusdur. O, həm də "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) əsas səhmdarlarından biridir.

44 - Tezliklə