Azərbaycanın lombard şirkətinin istiqrazlarına 1 investor maraq göstərib

Maliyyə
  • 13 iyul, 2023
  • 13:31
Azərbaycanın lombard şirkətinin istiqrazlarına 1 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanda daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) “GL” ASC-nin 1,5 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 dollar olan 1 500 ədəd istiqraz standart bazar seqmentində, kütləvi təklif üsulu ilə investorlara təklif olunub. Hərraca 1 investor 1,5 milyon dollarlıq 1 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib.

Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, "GL" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 254 635 manatdır. Şirkətin səhmləri 100% Eldar Quliyevə məxsusdur. O, həm də "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) əsas səhmdarlarından biridir.

44 filmi