Azərbaycanın lizinq şirkətinin xalis mənfəəti 2 dəfədən çox artıb

Maliyyə
  • 19 mart, 2024
  • 09:05
Azərbaycanın lizinq şirkətinin xalis mənfəəti 2 dəfədən çox artıb

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” MMC 2023-cü ili 616 min manat xalis mənfəətlə başa vurub.

“Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,2 dəfə çoxdur.

Ötən il “Legion Financial”ın faiz gəlirləri 893 min manat (əvvəlki ilə nisbətən 2,1 dəfə çox), faiz xərcləri 133 min manat (2,4 dəfə çox), digər gəlirləri 43 min manat (6,1 dəfə çox), inzibati xərcləri 31 min manat (82,4 % çox), aktivlərin silinməsindən zərəri 2 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 154 min manat (2,2 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Legion Financial”ın aktivləri 4,751 milyon manat olub ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 4,7 dəfə artaraq 1,889 milyon manata, balans kapitalı isə 65,5 % artaraq 2,862 milyon manata, o cümlədən nizamnamə kapitalı 57% artaraq 2,245 milyon manata çatıb.

Xatırladaq ki, “Legion Financial” 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin təsis paylarının 57,91 %-i Turan İsmayılova, 24,94 %-i Rahim Süleymanlıya, 11,14 %-i isə Rövşən Soltanova məxsusdur. T.İsmayılov həm də “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.

44 filmi