Azərbaycanın lizinq şirkəti xalis mənfəətini 97 % artırıb
- 17 iyun, 2025
- 17:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC 2024-cü ili 1,214 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 97,1 % çoxdur.
Ötən il “Legion Financial”ın vergiyəqədərki mənfəəti 1,535 milyon manat (əvvəlkii ilə nisbətən 99,4 % çox), mənfəət vergisi ödəmələri isə 321 min manat (2,1 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Legion Financial”ın aktivləri 13,771 milyon manat olub ki, bu da illik müqayiçsədə 2,9 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 4,8 dəfə artaraq 9,027 milyon manata, balans kapitalı isə 65,8 % artaraq 4,744 milyon manata, o cümlədən nizamnamə kapitalı 57,2 % artaraq 3,53 milyon manata çatıb.
Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Onun səhmlərinin 39,5 %-i Turan İsmayılova, 31,6 %-i Ramin Süleymanlıya, 10,5 %-i Rövşən Sultanova, 13 %-i Böyükağa Məmmədova, 5,4 %-i isə Belarus vətəndaşı Kolas Konstantinə məxsusdur. T.İsmayılov həm də “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.