Azərbaycanın lizinq şirkətinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 15 may, 2023
  • 08:40
Azərbaycanın lizinq şirkətinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Mayın 17-də "Bakı Fond Birjası" QSC-də (BFB) “Partner Finance” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir. 

Məlumata görə, Birjanın Listinq Komitəsinin qərarı ilə istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə  yerləşdiriləcək. 

09:10

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Partners Finance” QSC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) istiqrazlarını yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd, yəni 500 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 3 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 10%-dir. Faizlər illik ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb. 

44 filmi