Azərbaycanın kollektor agentliyinin istiqrazlarına 51 investor maraq göstərib
- 27 oktyabr, 2026
- 14:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün"Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanın kollektor agentliyi - "KollektA" ASC-nin 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. İstiqrazlara 51 investor ümumi məbləği isə 1 milyon manat olan 52 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.
Prosesin anderrayteri "Troni İnvestisiya Şirkəti" QSC-dir. Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Xatırladaq ki, "KollektA" 2024-cü ildə yaradılıb. Onun səhmdarları hər biri 40 % payla Mədəd Rüstəmov və Camal Aydınov, eləcə də 20 % payla Rəşad Səlimovdur. M.Rüstəmov eyni zamanda "MJ Financial Services" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 30 %-nə, C.Aydınov isə 70 %-nə nəzarət edir. R.Səlimov isə "Neo" ASC BOKT-da 40 % pay sahibidir.