Azərbaycanın gömrük orqanlarının büdcə öhdəliyi 3 %-ə yaxın artırılır

Maliyyə
  • 17 sentyabr, 2024
  • 16:04
Azərbaycanın gömrük orqanlarının büdcə öhdəliyi 3 %-ə yaxın artırılır

2025-ci ildə Dövlət Gömrük Komitəsinin büdcəyə 6,6 milyard manat vəsait köçürəcəyi gözlənilir.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 2,6 % çoxdur.