Azərbaycanın dövlət qurumlarındakı maliyyə zəifliklərinin əsas səbəbləri açıqlanıb

Maliyyə
  • 30 avqust, 2023
  • 08:25
Azərbaycanın dövlət qurumlarındakı maliyyə zəifliklərinin əsas səbəbləri açıqlanıb
Hilal Hüseynov

Hesablama Palatası apardığı maliyyə auditlərinin nəticələrinin ümumiləşmiş təhlilinə xüsusi diqqət yetirir.

"Report" xəbər verir ki, bunu Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Bakıda keçirilən Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt komitəsinin illik toplantısında Palatanın auditoru Hilal Hüseynov bildirib.

"Belə bir təhlillə xarakterik zəifliklər müəyyən edilir. Bir qurum səviyyəsində deyil, daha genişmiqyaslı tövsiyə və təkliflərin hazırlanmasına imkan verir. Misal üçün, zəifliklərin səbəblərinin təhlili göstərir ki, bu sahədə yaranan problemlər həm hesablama əsaslı uçotun fəlsəfəsinin başa düşülməməsindən, həm də peşəkar potensial boşluqların olmasından irəli gəlir. Bundan əlavə, müvafiq hüquqi bazanın təkmilləşdirilməsi, təkmil İT infrastrukturunun qurulması, ictimai sektorun maliyyə hesabatları mövzusunda tədbirlərinin fəal şəkildə təşkil edilməsi də olduqca əhəmiyyətlidir", - deyə o qeyd edib.

44 filmi