Azərbaycanın dövlət büdcəsinin təsnifatı 2028-ci ildən yeni qaydada tətbiq olunacaq
- 21 sentyabr, 2026
- 18:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Nazirlər Kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, "Büdcə xərclərinin funksional təsnifatı" və "Büdcə xərclərinin inzibati təsnifatı" yeni redaksiyada təsdiqlənib.
Dəyişiklik dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin təmin edilməsi məqsədilə həyata keçirilib.
Qərara əsasən, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, eləcə də icmal büdcə ilə əhatə olunan qurumlar 2028-ci ilin icmal və dövlət büdcəsi layihələri üzrə sifarişlərini yeni funksional və inzibati təsnifata uyğun hazırlayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Bununla yanaşı, Maliyyə Nazirliyi yeni təsnifatın 2027-ci ilin icmal və dövlət büdcəsi layihələri ilə bağlı sifarişlər əsasında test rejimində tətbiqi üçün aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlər görəcək.
Qərarın büdcə xərclərinin funksional və inzibati təsnifatına dair müddəaları 2028-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Yeni büdcə təsnifatı ilə aşağıdakı linkdən tanış olmaq olar:
https://nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasinin-vahid-budce-tesnifatini-9790