Azərbaycanın dövlət büdcəsinin əsaslı xərcləri 46 % artıb

Maliyyə
  • 23 aprel, 2024
  • 12:11
Azərbaycanın dövlət büdcəsinin əsaslı xərcləri 46 % artıb

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin xərclərinin 4 milyard 967,1 milyon manatı və yaxud 59 %-i cari xərclər, 2 milyard 357,5 milyon manatı və yaxud 28 %-i əsaslı xərclər, 1 milyard 88,0 milyon manatı və yaxud 13 %-i dövlət borcuna xidmətlə bağlı xərclər olub.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,6 %, 45,6 % və 5,5 dəfə çoxdur.