Azərbaycanın dövlət büdcəsində 368 mln. manatlıq kəsir yaranıb

Maliyyə
  • 17 may, 2017
  • 08:50
Azərbaycanın dövlət büdcəsində 368 mln. manatlıq kəsir yaranıb

Bakı. 17 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinə 5 021,9 mln. manat vəsait daxil olub.

Bu barədə “Report” Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən xəbər verir.

4 ay ərzində isə büdcədən 5,390 mlrd. manat vəsait xərclənib. Son nəticədə büdcənin icrasında 368,1 mln. manatlıq və yaxud ümumi daxili məhsulun 1,8%-i qədər kəsir yaranıb.