Azərbaycanın dövlət bankları kredit qoyuluşunu 11% artırıb
- 25 sentyabr, 2021
- 07:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının kredit qoyuluşu 15 608 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,6 %, ilin əvvəlinə nisbətən 7,4 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,3 % çoxdur.
Kredit qoyuluşunun 12 307 milyon manatı və yaxud 78,9 %-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 5,3 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 899,9 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 10,9 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 17,8 %-dən 18,6 %-ə qalxıb.
Avqustun sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 401,2 milyon manat olub. Bu isə illik müqayisədə 5,3 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə dəyişməyərək 2,6 % səviyyəsinə qalıb.