Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payını artırıb

Maliyyə
  • 29 yanvar, 2022
  • 05:58
Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payını artırıb

Bu il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 17 milyard 119,8 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin dekabrın 1 ilə müqayisədə 2,5 %, yanvarın 1-nə nisbətən 17,8 % çoxdur.

Kredit qoyuluşunun 13 milyard 326,1 milyon manatı və yaxud 77,8 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 17,1 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 3 milyard 333 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 20 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 19,1 %-dən 19,5 %-ə qalxıb.

Ötən il dekabr ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 460,7 milyon manat olub. Bu isə illik müqayisədə 23,4 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,6 %-dən 2,7 %-ə yüksəlib.