Azərbaycanın daha bir bankı “Zolotaya Korona” sisteminə qoşulub

Maliyyə
  • 31 oktyabr, 2016
  • 12:08
Azərbaycanın daha bir bankı “Zolotaya Korona” sisteminə qoşulub

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gündən etibarən “AtaBank” ASC “Zolotaya Korona” sistemi ilə təcili pul köçürmə xidmətlərini yenidən bərpa edib. Bu barədə "Report"a Bankdan bildirilib. 

Məlumata görə, “AtaBank”ın 26 filial və şöbəsində Rusiyay Türkiyə, Çin, Belarus, Moldova, Qırğızıstan, Qazaxıstan, Tacikistan və digər ölkələrə “Zolotaya Korona” sistemi vasitəsilə pul köçürmələri həyata keçirmək olar. Köçürmə bir neçə dəqiqə ərzində həyata keçirilir.

"Atabank" həmçinin "Western Union", "Xəzri", "Contact", "Blizko", "PrivatMoney" və "Lider" sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir.