Azərbaycanın builki dövlət büdcəsində 1 milyard manatdan çox qalıq yaranıb

Maliyyə
  • 13 aprel, 2022
  • 11:33
Azərbaycanın builki dövlət büdcəsində 1 milyard manatdan çox qalıq yaranıb

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirləri proqnozdan 6,3% çox - 7 009,6 milyon manat, xərcləri isə proqnozdan 1% az - 5 629,5 milyon manat təşkil edib.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22,2% və 1,9% çoxdur.

Son nəticədə dövlət büdcəsində proqnozdan 52,75% çox - 1 380,1 milyon manat qalıq yaranıb.

44 - Tezliklə