Azərbaycanın BOKT-u yeni səhmdar cəlb edib

Maliyyə
  • 08 oktyabr, 2024
  • 13:12
Azərbaycanın BOKT-u yeni səhmdar cəlb edib

“Caspian Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 95 %-nə nəzarət edən Bənövşə Məmmədova payının 5 %-lik hissəsini satıb.

"Report" xəbər verir ki, onun payını yeni səhmdar – Ziyafət İsgəndərova alıb.

Son nəticədə Bənövşə Məmmədovanın payı 90 %-ə düşüb. Səhmlərin qalan hissəsi isə əvvəlki qaydada Məntiq Şahbazova (5 %) məxsusdur.

Xatırladaq ki, “Caspian Finance” 2022-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır.