Azərbaycanın avtomobil bazarı iştirakçısının səhmlərinə 1 investor maraq göstərib
- 25 oktyabr, 2024
- 10:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanda yüngül avtomobillər və ağır texnika üçün mühərrik və sürtgü yağlarının, akkumulyator və şinlərin, filtr və digər ehtiyat hissələrinin satışı ilə məşğul olan "Caspian Equipment Company” ASC-nin 100 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 100 ədəd səhm standard bazar seqmentində, abunə yazılşı üsulu ilə investorlara təklif olunub. Hərraca 1 investor 100 min manatlıq 1 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Bununla da, şirkətin nizamnamə kapitalı 2 dəfə artaraq 100 000 manatdan 200 000 manata çatıb.
Xatırladaq ki, "Caspian Equipment Company" 2019-cu ildə yaradılıb. Onun səhmdarı 100 % Eldəniz Rüstəmovdur.